Azərbaycanı İrana birləşdirən yol (VİDEO)

Azərbaycanı İrana birləşdirən yol (VİDEO)
01:36 26 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Bu həftə Azərbaycanın nümayəndə heyəti rəsmi şəkildə İrana səfər etdi və bir çox mühüm razılaşmalar əldə olundu. Bununla yanaşı, həm də bidirildi ki, hər iki dövlətin başçıları qarşılıqlı səfərlər edəcəklər.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin “Nəzər Nöqtəsi”ndə bütün bunlara aydınlıq gətirib.

- Möhsün bəy, Azərbaycan nümayəndə heyəti İranda oldu və mühüm razılaşmalar əldə edildi. Bəs, İran və Azərbaycan arasında dəmiryol xətti nə vaxt çəkiləcək?


– İran İslam Respublikası və Azərbaycan Respublikası iki neft ölkəsi olaraq neftdən asıllığın azaldılması və regionda tranzit bir ölkəyə çevrilməsi yönündə iki ölkənin dəmiryol xəttlərinin birləşdirilməsi və şimal-cənub dəhlizinin tikilməsi üçün razılığa gəliblər. Hazırda bu istiqamətdə müəyyən işlər aparılır.

Bu səbəbdən də hər iki ölkə əzimkarlıq göstərərək Astara - Astara dəmiryolu xəttinin birləşdirilməsi üçün müəyyən işlər görürlər. İşlərin birinci mərhələsində Azərbaycan Astarasından dəmiryol xəttinin İran Astarasına birləşdirilməsi nəzərdə tutulub. Bunun üçünsə, körpü inşa edilməlidir və İran ərazisində iki kilometr dəmiryolu xətti çəkilməlidir. Bu işlər 2016-cı ilin sonuna kimi yekunlaşacaq. Hazırda Qəzvin - Rəşt dəmiryol xəttinin tikintisi də davam etdirilir. Bunun da 2017-ci ilin sonuna qədər bu xəttin də tikintisinin başa çatdırılması planlaşdırılıb. Buna paralel olaraq Rəşt - Astara dəmiryol xəttini də var ki, məhz bunlar tikintisi yaxın 3-4 il ərzində bitirilməlidir. Bir tərəfdə Azərbaycan Respublikası Rusiya və digər şimal ölkələrilə dəmiryol xəttinə malikdir. Eləcə də, İran İslam Respublikasında dəmiryol xəttləri Fars körfəzindən başlayır, tam Bəndər-Abbas limanı daxil Rəşdə qədər uzanır. Bu arada yalnız 170 km, yəni Rəştdən Astaraya qədər dəmiryol xətti qalır ki, bu işlər də davam etdiriləcək.

– Bu arada məlum oldu ki, Türkmənistan öz qazını Azərbaycan vasitəsi ilə Qərbə ötürmək istəyir. Bunun üçünsə Xəzərdən kəmər çəkilməlidir. Bu həyata keçirilərsə, İranın buna reakisyası necə olacaq?

- Qeyd edim ki, Xəzər dənizində təklif olunan hər hansı bir layihənin baş tutması üçün Xəzəryani ölkələrin hamısının razılığı lazımdır. Hazırda Xəzəryani ölkələrin nümyəndə heyətləri arasında müzakirələr davam etdirilir. Hər bir ölkənin özünə görə mənffəti və marağı vardır, bu da təbiidir. Hesab edirəm ki, Xəzər dənizində hər hansı bir layihənin gerçəkləşməsi üçün 5 Xəzəryani ölkənin müsbət rəyi lazımdır. Bu da Xəzər dənizinin hüquqi statusunun təyin olunmasından aslıdır. Eyni zamanda İran İslam Respublikası region ölkələrinin qaz ixracına və bu ixracatdan əldə olunan gəlirlərə sahib olmasını dəstəkləyir.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR