Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fətullah Gülən ekstradisiya olunacaq

Fətullah Gülən ekstradisiya olunacaq

Date: 26 December 2015 02:21

“İki tərəfli qarşılıqlı razılaşmalar əsasında Amerika Birləşmiş Ştatları (ABŞ) Fətullah Güləni Türkiyəyə qaytaracaq.” ANS PRESS-in yerli “Bu gün” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu Ədliyyə Nazirliyinin bu istiqamətdə başlatdığı işlərin başa çatmasını gözlədiklərini qeyd edib. Türkiyənin baş diplomatı nazirlik olaraq bu məsələni yaxından izlədiklərini bildirib.

“Bizim Amerika ilə bu barədə razılaşmamız və əməkdaşlığımız var. Onlardan bir tələb olanda biz yerinə yetiririk, onlar da bizim tələblərimizi yerinə yetirirlər. Razılaşmalarımız və Qırmızı Bülletenin rəsmi tələbi ilə Amerikanın ekstradisiyanı həyata keçirməyini gözləyirik. Bizim tələbimiz Gülənin Amerika torpaqlarından çıxarılması yox, Türkiyəyə qaytarılmasıdır. Çünki hazırda Türkiyədə Fətullah Gülən barədə qaldırılmış məhkəmə iddiaları və verilmiş qərarlar var. Hüquqa uyğun verilmiş bu qərarlarla tələbimizi irəli sürürük. Yəni, bizim tələbimiz Türkiyəyə ekstradisiyası, istintaqın burda olması, burda mühakimə olunması və prosesin tam formada işləməsidir.” – deyə Çavuşoğlu bildirib.

Tags:  Fətullah Gülən ekstradisiya olunacaq


RƏYLƏR


Top news