Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Boliviyada dəhşətli yol qəzası: 15 ölü

Boliviyada dəhşətli yol qəzası: 15 ölü

Date: 26 December 2015 02:24

Boliviyanın Koçabamba şəhərində yük maşını və sərnişin avtobusunun iştirakı ilə dəhşətli yol qəzası baş verib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, insident nəticəsində 15 nəfər ölüb.

 

İlkin məlumata əsasən, yük maşını avtobusun yanından ötüb keçərkən aşıb. Kuzovdan yerə düşən 14 nəfər avtobusun altında qalaraq ölüb. Sərnişin avtobusu isə yolun hərəkət hissəsindən çıxaraq qayaya çırpılıb. Nəticədə sürücünün köməkçisi hadisə yerində keçinib.

 

Qəzanın səbəbkarı kimi göstərilən yük maşınının  sürücüsü həbs edilib.


Tags:  Boliviyada dəhşətli yol qəzası 15 ölü

RƏYLƏR


Top news