Sarayda qətl toyu təxirə saldı

Sarayda qətl toyu təxirə saldı
03:51 26 Dekabr 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonu Saray qəsəbəsi Rövşən Nəbiyev küçəsi 23 ünvanında ötən gecə qətl hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, qanlı hadisə baş verməsəydi bu gün Ağaməmmədovlar ailəsində toy olacaqdı. Amma toydan qabaq təşkil olunan toy axşamı məclisində düşən mübahisə nəticəsində dava-dalaşa aidiyyatı olmayan bir nəfər qətlə yetirilib. Belə ki, adət-ənənəyə uyğun olaraq toy evi tərəfindən təşkil edilən “ciyər axşamı”nda iki qohumun mübahisəsini sakitləşdirmək istəyən digər qohum ürəyindən bıçaq zərbəsi alıb.

Belə ki, məclisdə iştirak edən ev sahibi Əbdülhüseyn Ağaməmmədovun qardaşı oğlu Arif Ağayev digər qohumu ilə mübahisə edib. Mübahisə zəminində Arif Ağayev bıçaqla qohumunu vurmaq istəyərkən araya, 45 yaşlı Əlibala Məmmədov keçib. Bu zaman bıçaq Əlibalanın sinəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Cinayəti törətməkdə şübhəli bilinən Arif Ağayevə gəlincə o, Əlibala Məmmədovun öldüynü görəndən sonra hadisə yerini tərk etdib.

Abşeron rayon polis idarəsinin əməliyyatçıları cinayəti törədən şəxsin yerinin müəyyən edilərək tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirirlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR