Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yaponiyada istehlak qiymətləri son dörd ayda ilk dəfə artıb

Yaponiyada istehlak qiymətləri son dörd ayda ilk dəfə artıb

Azərbaycanda illik inflyasiya 12,5%-ə yüksəlib (14 Mart 2017 11:27)
Türkiyədə inflyasiya proqnozları üstələyib (03 Mart 2017 13:17)
Dollar ABŞ-da açıqlanan önəmli iqtisadi göstəricilər fonunda möhkəmlənib (15 Fevral 2017 18:02)

Tarix: 26 Dekabr 2015 04:22

Bakı. 26 dekabr. REPORT.AZ/ Yaponiyada istehlak qiymətləri üç ay davam edən enmədən sonra noyabrda az da olsa artım nümayiş etdirib. Bununla bərabər, rəsmi statistikaya əsasən neftin qiymətində enmə qeydə alınıb.
Yaponiya Statistika Bürosunun məlumatına görə, təzə qida məhsulları istisna olmaqla istehlak qiymətlərinin illik ifadəsində 0,1 faiz artım müşahidə edilib. Bloomberg agentliyinin ekspertləri bu göstəricinin dəyişməyəcəyini proqnozlaşdırırdılar.
Qida məhsulları və enerji daşıyıcılarının dəyəri nəzərə alınmadan istehlak qiymətlərinin artımı 0,9 faiz təşkil edib ki, bu da proqnozda nəzərdə tutulduğundan (0,8 faiz) çoxdur .
Yaponiyada noyabrda inflyasiyanın ümumi göstəricisi 0,3 faiz artıb və bu, oktyabrdakı göstərici və analitiklərin proqnozu ilə üst-üstə düşür.
Ötən ay istehlak məsrəfləri illik ifadədə 2,9 faiz azalıb. Ekspertlər bunun 2,2 faiz olacağını proqnozlaşdırmışdılar.

Teqlər:  Yaponiyada istehlak qiymətləri son dörd ayda ilk dəfə artıb



RƏYLƏR


Top xəbərlər