Tovuzda yüksəkgərginlikli xətt qırılaraq evlərə gedən naqillərin üzərinə düşüb (FOTO)

Tovuzda yüksəkgərginlikli xətt qırılaraq evlərə gedən naqillərin üzərinə düşüb (FOTO)
04:48 26 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Tovuzda yüksəkgərginlikli xətt qırılaraq evlərə gedən naqillərin üzərinə düşüb

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində baş verən hadisə zamanı 100-ə yaxın sakinin elektirik avadanlıqları, sayğacları yanaraq yararsız hala düşüb. Səhər saatlarında baş verən hadisə zamanı naqillərdə yanğın baş verib ki, nəticədə naqillər dirəklərdən ayırılaraq yerə tökülüb. Qəfildən baş verən hadisə zamanı elektirikə qoşulu olan televizor, soyuducu və digər məişət əşyaları yüksək gərginliyə tap gətirməyərək sıradan çıxıb. Sakinlər bildirir ki, naqillərdə yaranan qısqaqapanma məktəb küçəsinə yaxın yerləşdiyindən onlarda ciddi narahatlıq yaradıb.

Aşağı Quşçu kəndində baş verən hadisə yerinə “Azərişıq” ASC-nin əməkdaşları gələrək yaranan problemi aradan qaldırmağa çalışıblar. Tovuz EŞ baş mühəndisi Musa Nağıyev hadisəyə subartezian quyusunun transformatorunda baş verən qəzanın səbəb olduğunu bildirib.

İdarə rəsmisi gecə saatlarına qədər kəndə elektirik verilişinin bərpa ediləcəyini də bildirib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2474409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR