Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Fiat Chrysler” 570 mindən çox avtomobilini geri çağırdı

“Fiat Chrysler” 570 mindən çox avtomobilini geri çağırdı

Date: 26 December 2015 05:06

“Fiat Chrysler Automobiles” avtokonserni sərnişin təhlükəsizliyi məqsədilə istehsal etdiyi 570 mindən çox yolsuzluq avtomobilini geri çağırıb. ANS PRESS-in məlumatına görə, 2011-2012-ci illərdə istehsal olunmuş "Jeep Grand Cherokee" və Dodge Durango" modellərində kiçik güzgünün naqillərində olan problem potensial yanğın təhlükəsi yaradır. Belə qüsurlu maşınların sayı 477 mindir. Onların çoxu ABŞ, Kanada və Meksikada satılıb.

2015-ci il istehsal olunmuş "Jeep Compass" və "Patriot" modellərində isə yanacaq şlanqının fiksatorunda olan qüsura görə 93,300 maşın geri çağırılır. "Fiat Chrysler" avtokonserni bu texniki qüsurlarla bağlı hər hansı qəzanın və ya bədbəxt hadisənin qeydə alınmadığını əmin etsə də, şirkət işini ehtiyatlı tutub.

Müştərilərin geri alınmış maşınlarının hansı şəkildə kompensasiya ediləcəyi məlum deyil.

Tags:  Fiat Chrysler 570 mindən çox avtomobilini geri çağırdı


RƏYLƏR


Top news