Aİ-də sağ radikal qüvvələrin sıraları gənclərin hesabına genişlənir

Aİ-də sağ radikal qüvvələrin sıraları gənclərin hesabına genişlənir
05:17 26 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Sosial sorğuların nəticələri göstərir ki, Almaniyaya qaçqın axınının çoxalmasından sonra ölkədə onlara münasibət dəyişib. Lakin Almaniya Milli Demokratik Partiyasının (AMDP) reytinqi oxşar siyasi hərəkatlara malik başqa ölkələrdəki kimi bu cür nəzərəçarpacaq dərəcədə artmayıb. Hazırda AMDP 16 regional parlamentdən yalnız birində - Meklenburq-Ön Pomeraniyada təmsil olunur. Partiya 2011-ci ildə burada 6 faiz səs toplamışdı.
Fransa “Milli cəbhə”si və Avstriya Azadlıq Partiyası (AAP) Aİ ölkələrində sağ radikal partiyalara iki ən parlaq nümunədir. Bunlar gənclər arasında böyük populyarlığa malikdir. Almaniya KİV-ləri yazır ki, bu, təhlükəli tendensiyadır.
“Milli cəbhə” Fransada regional seçkilərin ikinci turunda bir bölgədə belə qalib gələ bilməmiş, lakin birinci turda Marin Le Penin partiyasına 18-34 yaş arasında olan seçicilərin 35 faizi səs vermişdi. Bu ilin oktyabr ayında Vyanada yerli parlamentə seçkilərdə AAP yaşı 30-dan az olan seçicilərin 24 faizinin səsini qazanıb.
Niderland, Danimarka və Polşada da sağ yönlü partiyalar gənclər arasında populyarlığa malikdir. Avropa Parlamentində “Yaşıllar” partiyasında 32 yaşlı deputat Yan-Filip Albrext “Die Welt” qəzetinə müsahibəsində deyib: “Onlar milli eyniyyət mövzusunu xüsusilə nəzərə çarpdırırlar. Gənclər isə həmişə öz eyniyyətinin axtarışında olurlar”.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ai-de-sag-radikal-quvvelerin-siralari-genclerin-hesabina-genislenir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR