Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəran Dövlət Universitetində keçirilən elmi konfransda cəmiyyət və universitet mövzusunda müzakirələr aparılıb

Lənkəran Dövlət Universitetində keçirilən elmi konfransda cəmiyyət və universitet mövzusunda müzakirələr aparılıb

Date: 26 December 2015 06:08


Lənkəran, 26 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) “Universitet və cəmiyyət” mövzusunda Respublika elmi-nəzəri konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Təhsil Nazirliyi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən LDU-nun rektoru, professor Asəf İsgəndərov bildirib ki, müstəqilliyi dövründə bir sıra sınaqlardan və mərhələlərdən keçən Azərbaycan elmi və təhsili bu gün özünün inkişaf dövrünü yaşayır.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatı beynəlxalq təcrübəyə əsaslanır.
Konfransın plenar iclasında LDU-nun tədris işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor Nizami Yusubov “Təhsil və yeni texnologiyalar”, universitetin tarix və fəlsəfə kafedrasının baş müəllimi Qabil Əmənullayev “Təhsil və din”, Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə “Təhsil və mədəniyyət”, “Risk” firmasının prezidenti Cabir Cümşüdov “Təhsil və biznes dünyası” mövzusunda məruzə ediblər.
Plenar iclasın sonunda konfrans iştirakçıları adında Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Respublika elmi-nəzəri konfransı öz işini “Təbiət elmləri”, “Humanitar və pedaqoji elmlər”, “İqtisad və idarəetmə elmləri” bölmələrində davam etdirib.
Azərbaycanın müxtəlif ali məktəblərinin, elm və təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi konfransda müxtəlif mövzularda 150-dək məruzə dinlənilib.

Tags:  Lənkəran Dövlət Universitetində keçirilən elmi konfransda cəmiyyət universitet mövzusunda müzakirələr aparılıb


RƏYLƏR


Top news