Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukrayna hökuməti BVF-dan müsbət islahatlar gözləyir

Ukrayna hökuməti BVF-dan müsbət islahatlar gözləyir

Date: 26 December 2015 06:31

Ukrayna höküməti Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlə problemləri olan ölkələrlə bağlı kredit siyasətini dəyişəcəyinə inanır. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna baş naziri Arseniy Yatsenyuk, ABŞ maliyyə naziri Ceykob Lyu ilə keçirdiyi görüşdən sonra bildirib. ABŞ və digər Qərb ölkələri Ukraynanını Rusiya krediti üzrə defoltla üzləşəcəyi təqdirdə belə, onun maliyyələşdirilməsini davam etdirmək üçün, Beynəlxalq Valyuta Fondunun siyasətini dəyişməyə hazırlaşır. Fondun rəsmi bəyanatına görə, defoltlu ölkələrə yeni kreditlərin ayrılması ilə bağlı siyasət dəyişikliyi hələ 2014-cü ildə planlaşdırılan islahatdır və hər hansı konkret ölkə üçün nəzərdə tututlmayıb.

Ukrayna bu yaxınlarda Rusiyadan aldığı 3 milyard dollarlıq avrobondlar üzrə ödənişləri yerinə yetirə bilməyəcəyini bəyan edib. Rusiya höküməti böyük nüfuzlu kreditorların zamin durmayacağı təqdirdə belə restrukturizasiyada iştirak etmək niyyətində olmadığını bildirib və dekabr ayının sonuna kimi Ukraynanın avrobondlar üzrə borcunu qaytarmasını tələb edir.

Tags:  Ukrayna hökuməti BVF-dan müsbət islahatlar gözləyir


RƏYLƏR


Top news