Qar qızlar parad keçirdilər (VİDEO)

Qar qızlar parad keçirdilər (VİDEO)
06:41 26 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin gəlişinə sayılı günlər qalmış Rusiyanın paytaxtı Moskvada Qar qızların paradı keçirilib.

ANS TV-nin məlumatına görə, Moskvada ilk dəfə keçirilən Qar qızların paytax kuçələrində rəngli yürüşü moskvalılara bayram havası yaşatdı.

Şən musiqi sədaları altında rəqs edə Qar qızları əllərində “Öz Şaxta Babamı axtarıram”, Mən evdar Qar qızıyam” kimi maraqlı yazıların yer aldığı plaktlar tutmuşdular.

Yeni il bayramında Rusiyadakı Şaxta babaların əksəriyyətinin sərxoş olduğunu nəzərə alsaq, həqiqətən də bu qızların arzusunu anlamaq çətin deyil.

“Mənim Yeni il arzum budur ki, Şaxta babalar bu bayramda içki içməsinlər. Qocalmasınlar. Qoy onlar da biz Qar qızları kimi sağlam və gözəl olsunlar”, - deyə Qarqız İrina Çirkova bildirib.

Yoldan keçən Moskva sakinləri də Qar qızların şən paradına qoşuldular.

Paradda iştirak edən Qar qızları yeni ili qarşılamağa hazır olduqlarını əyani olaraq nümayiş etdirdilər. Onların başlıca Yeni il arzuları isə bu ilki bayramı ayıq başlı Şaxta babalarla birlikdə qarşılamaqdır.

Ötən həftə Moskvada xeyriyyəçilik məqsədilə Şaxta babalar arasında marafon yarışı keçirilmişdi.

Moskvada bayram tədbirləri yanvarın 17-dək davam edəcək. Bu məqsədlə paytaxtın 30 meydanında bayram tədbirləri və 400 yarmarka təşkil olunub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368195

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR