Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fransada müsəlman ibadətxanası dağıdılıb

Fransada müsəlman ibadətxanası dağıdılıb

Date: 26 December 2015 07:37

Fransanın Korsika adasında müsəlman ibadətxanası dağıdılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident adanın paytaxtı Ayaçço şəhərində qeydə alınıb.
 
Bildirilir ki, ibadət zalına daxil olan etirazçılar bir neçə Quran nüsxəsini yandırmağa cəhd ediblər.
 
Fransa hökuməti ibadətxanaya hücumu pisləyib. Baş nazir Manuel Vals özünun "Tvitter" səhifəsində yazıb ki, müqəddəs yerdə bu cür təhqiramiz hərəkətlər qəbuledilməzdir.

Milli.Az


Tags:  Fransada müsəlman ibadətxanası dağıdılıb

RƏYLƏR


Top news