Euxenio Fiqeredo rüşvət aldığını etiraf edib

Euxenio Fiqeredo rüşvət aldığını etiraf edib
07:57 26 Dekabr 2015
14 İdman
Ölkə mətbuatı
A- A+

Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) sabiq prezidenti, FİFA-nın vitse-prezidenti uruqvaylı Euxenio Fiqeredo rüşvət aldığını və çirkli pulların yuyulması ilə məşğul olduğunu etiraf edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prokuror Xuan Qomes bildirib.

Dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinən E.Fiqeredo dekabrın 24-də İsveçrədən Uruqvaya ekstradisiya olunub. Onu vətənində 2 ildən 15 ilədək həbs cəzası gözləyir.
 
"1993-ci ildən etibarən, KONMEBOL-un icraiyyə komitəsinə üzv olduğu vaxtdan E.Fiqeredo böyük məbləğdə pul alıb. Daha sonra isə həmin pullar müxtəlif korrupsiya üsulları ilə yuyulub", deyə X.Qomes.
 
Qeyd edək ki, 83 yaşlı E.Fiqeredo mayın 27-də İsveçrənin Sürix şəhərində korrupsiyada şübhəli bilinərək saxlanılıb. Euxenio Fiqeredo 1997-2006-cı illərdə Uruqvay Futbol Assosiasiyasının, 2013-2014-cü illərdə KONMEBOL-un prezidenti, 2014-cü ildən FİFA-nın vitse-prezident olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/393203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR