Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milad bayramı münasibətilə Britaniya Kraliçasının video müraciəti yayılıb

Milad bayramı münasibətilə Britaniya Kraliçasının video müraciəti yayılıb

Date: 26 December 2015 08:17

Bakı. 26 dekabr. REPORT.AZ/ Dekabrın 25-də Milad Bayramı münasibətilə Britaniya Kraliçası II Elizabetin video müraciəti yayılıb.
“Buckingham” sarayından edilən müraciətdə Kraliça 2015-ci ilin ağrılı-acılı keçdiyini bildirib. Qeyd edib ki, bu il dünyanın ayrı-ayrı ölkələrində törədilən terror hadisələri ilə yadda qaldı. Müraciətdə Kraliçanın İncildən gətirdiyi və nikbinliyin əks olunduğu sitat da yer alıb: “Nur qaranlıqda parlayır və qaranlıq onu aradan qaldırmaq iqtidarında deyil”.
2016-cı ildə görüləcək işlərin çox olduğunu qeyd edən Kraliça hər kəsə uğurlar arzulayır.

Tags:  Milad bayramı münasibətilə Britaniya Kraliçasının video müraciəti yayılıb

RƏYLƏR


Top news