Dünya liderləri üçün əsas şərt - Əl-ələ görüşmək... - FOTO

Dünya liderləri üçün əsas şərt - Əl-ələ görüşmək... - FOTO
08:22 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Ümumiyyətlə, dünya liderlərinin görüşündə hər şeydən öncə əl-ələ görüşmək siyasəti durur. Buna görə də fotoqraflar rəsmi görüşlərdə liderlərin görüşdükləri anda üzlərinin aldığı ifadəni və əl-ələ görüşmək mədəniyyətini fotolarda yaddaşlara həkk etmək istəyirlər. "Forbes" jurnalı bu baxımdan, 2015-ci ildə "Ən vacib əl görüşmələri" ni dərc edib.

Milli.Az "qaqazinfo"ya istinadən həmin fotoları təqdim edir:

Vladimir Putin və Barak Obama

Amerika və Rusiya prezidentlərinin görüşü 2015-ci il sentyabrın 28-də Nyu-Yorkda baş tutub. Görüş zamanı onlar ilk öncə əl-ələ görüşüb, lakin bir-birinə heç bir söz deməyib. Görüş 1 saat 40 dəqiqə davam edib.

Fidel Kastro və Roma Papası

Onların ilk görüşü sentyabrın 20-də olub. Qeyri-rəsmi görüşdə Papa ilə Kastro bir-birinə hədiyyə təqdim edib.

Xi Jinpinq və Devid Kameron

Çin Xalq Respublikasının prezidenti ilə İngiltərə baş nazirinin görüşü oktyabrda baş tutub. Görüş zamanı bir neçə iqtisadi müqavilələr, eləcə də İngiltərədə Atom Elektrik Stansiyasının tikilməsi ilə bağlı müqavilə bağlanıb.

Vladimir Putin və Bəşər Əsəd

Oktyabrın 20-də B. Əsəd Moskvaya rəsmi səfərə gedib. Səfər zamanı o, Putinlə görüşüb. Onlar terrorçuluqla mübarizə məsələsini müzakirə ediblər. Əsəd Putinə bildirib ki, əgər Rusiya olmasaydı, terror bütün dünya dövlətlərində yayılmış ola bilərdi.

Deysselblum və Varufakis

Avroqrupun sədri Yerun Deysselblum və Yunanıstanın maliyyə naziri Yanis Varufakis yanvarın 30-da Afinada Yunanıstanın üzləşdiyi maliyyə krizisini müzakirə etmək üçün görüşüb.

Vladimir Putin və Petro Poroşenko

Rusiya və Ukrayna prezidentləri 11 fevralda Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə etmək üçün görüşüb. Miskdə baş tutan görüş 15 saat davam edib və fevralın 12-də bitib. Növbəti dəfə onlar oktyabrın 2-də Parisdə əl-ələ görüşüblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR