Neftin qiyməti Türkiyəyə də təsir edib

Neftin qiyməti Türkiyəyə də təsir edib
08:27 26 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Enerji sektoru və xam neft qiymətindəku ucuzlaşma Türkiyə dövlətinin də gəlirlərini azaldıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Kayseridə Baş İdarə Şurasının otellərin birində keçirilən tədbirində çıxış edən Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş enerji qiymətlərinin enməsinin Amerika, Avropa, Orta Asiya kimi ölkələrin gəlirlərini azaltdığı kimi Türkiyə iqtisadiyyatına da təsirsiz ötüşmədiyini bildrib.

Nazirin dediyinə görə, bu il Türkiyə dünya enerji sektorunda yaşanan qiymət dəyişkənliyi ilə əlaqədar ixracatdan götürməli olduğu, 11 milyard dollara yaxın ziyan çəkib. Elitaş bütün çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatının 3-cü rübdə inanılmaz şəkildə 4 faiz böyüdüyünü xatırladıb, bunun 2016-cı ildə iqtisadi inkişaf üçün motivasiya olduğunu dilə gətirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR