Güzgü qarşısında yemək ye, arıqla

Güzgü qarşısında yemək ye, arıqla
08:42 26 Dekabr 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

Amerikanın Florida Universitetində aparılan araşdırmalar nəticəsində məlum olub ki, güzgüyə baxaraq yemək yeyən adamlar daha asan arıqlaya bilərlər. 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, araşdırmaya görə, keyfiyyətsiz yemək yeyən insanlar özlərini güzgüdə gördükləri zaman narahat olurlar və yedikləri yeməyin ləzzətsiz olduğunu düşünürlər. Beləliklə, güzgü qarşısında olarkən daha az yemək yeyirlər və sürətlə arıqlayırlar.

186 nəfərin iştirak etdiyi araşdırmada onlara şokoladlı şirniyyat və meyvə salatı təklif edilib. Daha sonra onlardan yeməklərin dadını dəyərləndirmələri istənilib. Güzgü qarşısında yemək yeyənlər şirniyyatın dadsız olduğunu, masada oturub  yeyənlər isə dadlı olduğunu deyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/393213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR