Yəhudilər Fransanı tərk edir

Yəhudilər Fransanı tərk edir
08:42 26 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

İsrailin "ynetnews.com" saytının xəbərində deyilir ki, Avropadakı yəhudilərin ən çox yaşadığı ölkə Fransadır. Orada 550 min yəhudi qeydiyyatdadır. Ancaq Parisdə baş vermiş terror aksiyaları fransalı yəhudilər arasında ciddi narahatlıq yaradıb. Rəsmi Yerusəlimin (Tel-Əviv) hesablamasına görə, 2015-ci ildə Fransadan İsrailə 10 minə yaxın yəhudi köçüb. Bu isə əvvəlki illə müqayisədə 10 faiz çoxdur.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, İsrail rəsmi dairələri bildirirlər ki, son 15 ilin müqayisəsi göstərir ki, bu ölkəyə daimi yaşamaq üçün köç edən yəhudilərin sayı bu il daha çox olub. Söhbət 30 min yəhudidən gedir. İsrailə köç edən yəhudilərin əhəmiyyətli hissəsi isə Ukraynanın müharibə zonasından baş götürüb qaçanlardır. İqtisadi çətinliklərlə üzləşmiş Rusiyadan gələn yəhudilərin də sayı az deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR