Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

18 dil bilən qadından qəribə iddia

18 dil bilən qadından qəribə iddia

Date: 26 December 2015 08:52

18 dil bilən norveçli qadın bu dilləri keçmiş həyatlarına görə bildiyini iddia etməklə hamını şoka salıb. Maria Johnsen adlı qadın keçmiş həyatlarında rus krallıq ailəsinin üzvü, qızıl dərili və Çində Qin Xanədanının bir üzvü olduğuna inanır. 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Johnsen keçmişdə 18 fərqli həyat yaşadığını və buna görə 18 dil bildiyini deyir. Üstəlik, bu iddiasını psixoloqların da dəstəkləməsini istəyir. Norveçdə bir şirkətdə çalışan qadın ingilis, norveç, fransız, rus, çin, isveç, dan və alman dillərində danışa bilir. Üstəlik, bolqar, fars, dari, ərəb, hind, türk, italyan, yapon və bir neçə başqa dili başa düşür.

"Danışdığım dillərin hər birini hiss edirəm, keçmişimdə onlara aid bir şeylər var. Başqa ölkələrə getdiyim zaman daha əvvəl orada yaşadığımı hiss edirəm. Oradakı insanlar mənə tanış gəlir. Hər şey əla görünür. Ölsəm yenidən doğulacağıma və daha yeni bir dil öyrənəcəyimə inanıram" - deyə müsahibə verən Johnsen İkinci Dünya Müharibəsi haqda kitab yazdığını deyir və müharibədə iştirak etdiyinə inanır.

Milli.Az


Tags:  dil bilən qadından qəribə iddia

RƏYLƏR


Top news