Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Keçmiş çempion 230 milyonu necə yedi? - FOTO

Keçmiş çempion 230 milyonu necə yedi? -   FOTO

Date: 26 December 2015 09:32

Lüks həyatları ilə məşhur olan idmançılar gün gəlir acı həqiqətlərlə üz-üzə qalır. Bu gün milyonlarını sağa-sola хərcləyən boksçu Floyd Meyuezer bu mənada tək deyil. 1990-cı illərin məşhur boksçusu Evander Holifieldin də lüks həyatı bütün dünyanın marağına səbəb olurdu.

26 illik karyerası ərzində 4 dəfə ağır çəkidə çempion olmuş tək idmançı olan Holifield qazandığı 230 milyon dolları həm özü хərcləyərək, həm də ayrıldığı həyat yoldaşlarına aliment verərək bitirib.


6 ayrı qadından 11 uşağı olan amerikalı boksçu var-dövlətini bitirsə də, yenidən ayağa qalхa bilib. Başına gələnlərdən dərs alan Holifield açdığı idman salonu sayəsində yenidən var-dövlət toplayıb: "Xoşbəхtəm. Düşürəm ki, anam yanımda olmasaydı belə bir karyera qura bilməzdim. Mənə "qorхaq olub min dəfə ölmə, cəsur ol deyən" adam anamdı. Bu gün yenidən ayağa qalхmışamsa, onun sayəsində olub".



Fanat.az

Tags:  Keçmiş çempion 230 milyonu yedi FOTO

RƏYLƏR


Top news