​Dünya bazarında neftin qiyməti dəyişməyib

09:42 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, məlum səbəbdən ABŞ-ın NYMEX əmtəə birjası işləmədiyindən, WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti dəyişməz qalaraq 38,10 dollar/barel təşkil edib.
Məlumata görə, ICE London qitələrarası birjasında da iş vaxtı olmadığından, "Brent" markalı xam neftin qiyməti 37,89 dollar/barel, Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "AzeriLTCIF" markalı xam neftin qiyməti isə 38,05 dollar/barel təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/dunya-bazarinda-neftin-qiymeti-deyismeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR