“AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyindən yeni kitablar

10:03 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin təqdim etdiyi layihə əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İctimai Birliyin Fəxri Üzvü Fikrət Həsən oğlu Rzayevin 3 kitabı -“Söz”, “Söz Konstruktorluğu”, “Sözün Sirri” adlı kitabları 2-ci dəfə birgə nəşr olunaraq bu günlərdə capdan çıxıb. 140 səhifədən artıq mətn ingilis, alman, rus dillərinə tərcümə olunub.

Kitab dil və dilçilik sahəsində fonetikaya aid müqayisə-qarşılaşdırma-ümumiləşdirmə yolu ilə aparılmış maraqlı elmi tədqiqatlardan biridir.

Mirələkbər Seyidovun rəhbərliyi ilə nəşr edilən kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, layihə eksperti isə Vahid Rzayevdir.
Xatırladaq ki, ictimaiyyət nümayəndələri tərəfindən kitabın müzakirələri davam etməkdədir.

Bu yaxınlarda həm də “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin İH-nin üzvü Vahid Rzayevin “Var olandan,var olmuşuq” adlı kitabı da işıq üzü görüb. Kitabdakı mətnlərin əsas hissəsi 2013-cü ilin may ayından başlayaraq “AqRa”EİDİB-in rəsmi övraqında: www.aqra.az –da dərc olunub.

Həm bu, həm də digər kitablarla azad pdf formatda www.aqra.az - da tanış ola bilərsiniz.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2474435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR