Yəməndə toqquşmalarda 20 nəfər ölüb, 25 nəfər yaralanıb

Yəməndə toqquşmalarda 20 nəfər ölüb, 25 nəfər yaralanıb
10:22 26 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Yəmənın mərkəzindəki Taiz şəhərində prezident Abdurabbu Mansur Hadi tərəfdarı Xalq Müqaviməti Qüvvələri ilə "Ənsarullah" (husilər) hərəkatı üzvləri arasında baş verən toqquşmalarda 20 nəfər ölüb, 25 nəfər yaralanıb.
"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, Taizin qərbindəki Makbene mahalında keçirilən əməliyyatda 7 husi yaraqlısı öldürülüb, 9-u yaralanıb.
Bundan əlavə, "Əbu Ammar" adlı husi lider və 2 mühafizəçisi şəhərin qərbindəki əl-Hasb məhəlləsində, 6 husi yaraqlısı isə şəhərin şərqindəki döyüşlərdə öldürülüb.
Eyni zamanda, toqquşmalarda Xalq Müqaviməti Qüvvələri üzvlərindən də 4 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yemende-toqqusmalarda-20-nefer-olub-25-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR