"İstedadlı gənclərin potensialından səmərəli istifadə etmək üçün bütün qüvvələr səfərbər edilib"

"İstedadlı gənclərin potensialından səmərəli istifadə etmək üçün bütün qüvvələr səfərbər edilib"
10:37 26 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası yüksək kadr hazırlığına nail olmaq və istedadlı gənclərin potensialından səmərəli istifadə etmək üçün bütün qüvvələri səfərbər edib.

Trend-in məlumatına görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə gənc alim və mütəxəssislər, dissertant və doktorantlarla görüşündə deyib.

Onun sözlərinə görə, müasir dövrdə yüksək intellektli gəncliyin formalaşması hər bir cəmiyyətin başlıca vəzifələrindən biridir: "Bu gün Azərbaycan elmində ciddi islahatlar aparılır. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. məqamlar xüsusi aktuallıq kəsb edir".

Akademiyanın gənclər siyasətinin uğurla həyata keçirildiyini, 2015-ci ilin AMEA üçün kifayət qədər səmərəli və məhsuldar il olduğunu deyən akademik müasir dövrün sosial-mədəni reallıqlarından irəli gələn və ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələyə qədəm qoyduğunu nəzərə çatdırıb. A.Əlizadə alimlərin sosial-məişət və mənzil problemlərinin həlli, onların yaradıcı fəaliyyətinin stimullaşdırılması və xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində əməli addımlar atıldığını da söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR