Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Düşmən mövqelərinə 110 atəş zərbəsi endirildi

Düşmən mövqelərinə 110 atəş zərbəsi endirildi

Erməni hərbçiləri məhv edildi - VİDEO (12 Mart 2017 13:19)
Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi və PUA məhv edilib, düşmən itkilərə məruz qalıb (25 Fevral 2017 18:12)
Cəbhədə vəziyyət gərginləşdi: düşmən mövqelərimizə soxulmağa cəhd göstərib, itkilərimiz var (25 Fevral 2017 10:28)

Tarix: 26 Dekabr 2015 10:42

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 103 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 110 dəfə atəş zərbəsi endirib.

Milli.Az


Teqlər:  Düşmən mövqelərinə 110 atəş zərbəsi endirildi



RƏYLƏR


Top xəbərlər