Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bilik Fondunun “Fikir şənbəsi” klubunda “Dərs” olub (FOTO)

Bilik Fondunun “Fikir şənbəsi” klubunda “Dərs” olub (FOTO)

Date: 26 December 2015 10:43

Abkı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan "Dərs" filminin nümayişi olub. Bilik Fondunun “Fikir şənbəsi” klubunun bu növbəti tədbirində Nərmanov rayonu 207 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, Fondun müxtəlif ali məktəblərin tələbələrindən ibarət könülllülər qrupu iştirak edib.

Film məktəblilərin həyatı, onların yoldaşlıq, dostluq haqqında düşüncələri ilə bağlıdır. Film boyu yeniyetmələr arasındakı münasibət, onların çətin anlarda bir-birinə dayaq durmaları, xətalarından nəticə çıxarmaları məktəblilərə mehribanlıq və humanistlik hislərini aşılayır.

“Dərs” filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və Bakı məktəbliləri çəkiliblər.

Nümayişindən sonra yaradıcı qrupla birgə filmin müzakirəsi keçirilib. “Fikir şənbəsi”nin qonağı olan rejissor Rafiq Əliyev filmin çəkilişindən, qarşıya çıxan çətinliklərdən, aktyorların seçimindən danışıb, ona ünvanlanan sualları cavablandırıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bilik Fondunun Fikir şənbəsi klubunda Dərs olub FOTO

RƏYLƏR


Top news