Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Varşavada Bakını Berlinə bənzətdilər (VİDEO)

Varşavada Bakını Berlinə bənzətdilər (VİDEO)

Date: 26 December 2015 10:46

Polşanın paytaxtı Varşava şəhərində təhsil alan azərbaycanlı fəal gənclər tərəfindən Azərbaycanla bağlı maraqlı video sorğu keçirib.

ANS PRESS-in məlumatına görə, tələbələr paytaxt Varaşava sakinlərinin Bakını tanıyıb tanımadığını müəyyən etməyə çalışıblar. Sorğunu Rəsul Məmmədov və Kamil Babayevlə yanaşı, Zimbabvedən olan Solomon Rvodzidə keçirib.

Bunun üçün onlar əcnəbilərə Bakının fotolarından birini göstərib və “bu şəhəri tanıyırsız?” sualını veriblər. Tələbələrin məqsədləri əcnəbi vətandaşlara Bakını tanıtmaq olub.

Sorğuda iştirak edənlər arasında paytaxtınızı tanıyan kifayət qədər olub. Bəziləri isə Bakını İstanbula, Bankonq, Berlinə bənzədiblər. Lakin onların hamısı Bakıya səyahət etmək istədiklərini də gizlətməyiblər.

Gənclərin sorğusu


Kamil Babayev - tələbə

Xatırladaq ki, Kamil Babayev ANS kanalaının əməkdaşıdır. O, Varşavada magistr pilləsi üzrə təhsil alır.

Tags:  Varşavada Bakını Berlinə bənzətdilər VİDEO


RƏYLƏR


Top news