Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Məşhur olmazdan əvvəl siçanlardan qalan çörək qırıntılarını yeyirdim"

"Məşhur olmazdan əvvəl siçanlardan qalan çörək qırıntılarını yeyirdim"

Date: 26 December 2015 10:52

"Oskar" mükafatlı aktrisa Cennifer Lourens özü ilə bağlı şok etiraflar edib.

Milli.Az "The sun"a istinadən xəbər verir ki, aktrisa etirafları ilə dünya mediası tərəfindən gündəmə gəlib. Cennifer müsahibəsində məşhur olmazdan əvvəl kirayə qaldığını və ev pulunu ödəmək üçün dayəlik etdiyini bildirib. O, "siçanlarla bir yerdə böyümüşəm. Acından onların yediyi çörək qırıntıları ilə qidalanırdım. Birlikdə yaşadığım qardaşımla acından öləcəyimizi də düşünmüşdük" deyib.

"Evə gələndə siçanların gəmirdiyi sümükləri görürdüm və ürəyim bulanırdı. Tullamaq istəyəndə ağlıma gəlirdi ki, çörək almağa pulum yoxdur", - deyən aktrisa hal-hazırda məşhur Hollivud ulduzudur.

Bəxtiyar Umarlı
Milli.Az


Tags:  Məşhur olmazdan əvvəl siçanlardan qalan çörək qırıntılarını yeyirdim

RƏYLƏR


Top news