Bu il Azərbaycanda 2 minə yaxın açıq ürək əməliyyatı həyata keçirilib

11:02 26 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

O bildirib ki, yalnız bu il Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 2 000-ə yaxın açıq ürək əməliyyatı icra olunub: "Bu il ərzində 7 Gürcüstan və 1 Qazaxıstan vətəndaşına qaraciyər transplantasiyası və 5 Gürcüstan vətəndaşına böyrək köçürülməsi əməliyyatı aparılıb".
Şöbə müdiri onu da qeyd edib ki, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq bu ilin sentyabrında Nazirliyin müvafiq əmri ilə “Koxlear implantasiya əməlliyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya" yaradılıb: "Qısa müddət ərzində 52 nəfər komissiyaya müraciət edib. Artıq 4 uşağa Dövlət hesabına koxlear implantasiya əməliyyatı uğurla icra edilib".
Nazirlik rəsmisi əlavə edib ki, bu il ölkə üzrə 6 milyon 935 min nəfər, o cümlədən 1 milyon 695 min uşaq müxtəlif tibbi müayinələrə cəlb olunub. 

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/bu-il-azerbaycanda-2-mine-yaxin-aciq-urek-emeliyyati-heyata-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR