Evlənmək istəyənlərin 53 nəfərində QİCS tapıldı

Evlənmək istəyənlərin 53 nəfərində QİCS tapıldı
11:12 26 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. İyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.

O deyib ki, 5500 nəfərdə talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib: "Müayinə olunan 40 cütlükdə (hər iki şəxsdə) xəstəlik aşkar edilib. Onlara lazımi tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində - hamilə qadından Azərbaycanda ilk dəfə bətndaxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə göndərilib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR