Son 10 ildə ölkəmizdə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb

Son 10 ildə ölkəmizdə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb
11:13 26 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması üçün müvafiq şərait yaradılıb. Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda 2 min 500-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır.
Ötən il Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına başlanıldığını bildirən şöbə müdiri deyib ki, artıq Azərbaycanda 25 uşağa sümük iliyi köçürülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Son_10_ilde_olkemizde_talassemiyadan_olum_gostericisi_5_defe_azalib-914572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR