Həmsədr: “Prezidentlər razılığa gələ bilmədilər”

Həmsədr: “Prezidentlər razılığa gələ bilmədilər”
11:19 26 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dövlət başçıları etiraf etdilər ki, dialoq vacibdir"

 

"Biz eyni zamanda Dağlıq Qarabağın icmaları arasında dialoq üçün imkan yaratmaq istəyirik”

 

“Ermənistan və Azərbaycan prezidentləri sonuncu görüşdə etiraf etdilər ki, dialoq vacibdir. Buna görə də Minsk Qrupu ümid edir ki, münaqişə tərəfləri zorakılıqdan uzaq qalacaqlar və gələn il danışıqlar daha müsbət atmosferdə davam edəcək”.

 

APA-nın “armenianreport.com” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Bern görüşü ilə bağlı müsahibəsində deyib.

 

Həmsədr bildirib ki, hazırda danışıqlar masasında bir sıra təkliflər var: “Prezidentlərin görüşü Ermənistan və Azərbaycan xalqlarına tərəflərin münaqişəni sülh yolu ilə həll etmək istəyində olduğunu göstərir. Prezidentlərin Bern görüşündə heç bir nailiyyət ələ olunmasa da, onlar son zamanlar baş verən zorakılıq halları, əsasən də mülki əhali arasında baş verən itkilərə görə narahatlıqlarını ifadə etdilər. Dövlət başçıları etiraf etdilər ki, dialoq vacibdir. Məhz buna görə həmsədrlər ümid edirlər ki, gələn il onlar arasında yeni görüş təşkil etmək mümkün olacaq. Biz eyni zamanda Dağlıq Qarabağın icmaları arasında dialoq qurulması üçün imkan yaratmaq istəyirik”. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR