2015-ci ildə onkoloji xəstələrin sayı artıb

2015-ci ildə onkoloji xəstələrin sayı artıb
11:19 26 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

 

“Onkoloji xəstəliklərin aşkarlanması işinin yaxşılaşdırılması nəticəsində ilkin xəstələrin sayı 2014-cü ildə hər 100 min nəfərə 97-dən 2015-ci ildə 101-ə qalxıb”.

 

Lent.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verib.

 

Bədxassəli şişlərlə mübarizə işində də nəzərəçarpan irəliləyiş əldə olunduğunu qeyd edən. G. Poladov deyib ki,  cari ildə onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılıb, Milli Onkoloji Mərkəzdə cənubi Qafqazda ilk dəfə ən müasir tibbi diaqnostika üsulu olan pozitron emission tomoqrafın quraşdırılması başa çatıb.

 

Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair məlumat verən şöbə müdirinin sözlərinə görə, Dövlət Proqramı çərçivəsində 515 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr yüksəkeffektli dərman preparatları ilə pulsuz təmin olunurlar.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR