Müğənni Könül Kərimova həmkarı Xatun Əliyeva ilə barışmalarından danıışıb.
Axşam.az-ın məlumatına görə, ifaçı “Star life” verilişində Xatunu hələ də tam bağışlamadığını bildirib. O, “Münasibətləriniz əvvəlki kimi olacaq” sualına belə cavab verib:
“Küsməyə səbəb var idi. Bu küsmək yox, incimək idi. Mənə çox təsir etmişdi. Bir az bir-birimizə hörmət edək. Hörmətsizlik ediləndə sınıram. Bu məsələdə də çox sınmışdım. Bu qədərmi bir-birimizə hömət edə bilmirik? Qəlbə dəymək olmaz. Xatunla münasibətimizin əvvəlki kimi olmasını zaman göstərəcək. İstər sənətdə, istər həyatda yaş fərqimiz varsa, hörmət qoymalıyıq”.