Banklar avtomobil kreditlərini dayandırdı

Banklar avtomobil kreditlərini dayandırdı
11:36 26 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərarın təsirləri Azərbaycanda avtomobil bazarından da yan keçməyib.

ANS PRESS-in məlumatına görə, yeni avtomobillərin satıldığı əksər avtosalonlar qiymətləri hələ ki , çox qaldırmasalar da, avtomobil kreditləri dayandırılıb. Bunu satıcılar da təsdiqlədilər.

Paytaxtın məhşur avtosalonlarından birinin satıcısı Nübar Cabbarova deyir ki, 2015-ci il model avtomobillərinin qiymətini daha da artırmaq niyyətində deyillər.

"Onsuz da satışlarımızın sayı həddən artıq azalıb. İki gün ərzində bir avtomobili güclə satırıq. Qiymətləri qaldırıb olan alıcıları da itirməyin heç bir mənası yoxdur. Ancaq onu deyə bilərəm ki, bizim şirkət kreditləri manatlar verirdi və son günlər manatın qiymətinin ucuzlaşması bankın avtomobil kreditlərini dayandırmasına səbəb olub".-deyə satıcı əlavə etdi.



Avtomobil salonlarından biri

Müşahidə apardığımız digər avtosalonlarda da oxşar vəziyyət hiss edilirdi. Avtosalonların əməkdaşları da qiymət artımının olmadığını bildirirdilər. Səbəb olaraq isə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini və dolların qiyməti yüksələndən sonra avtomobil gətirmədiklərini göstərirlər.

Alıcılar da yeni maşınların satışı ilə məşğul olan avtosalonların əksəriyyətində qiymət artımının cüzi olduğunu deyirlər. Maşın almaq istəyən Aqil Abbasov bildirdi ki, onun 24 min 800 manata almaq istədiyi avtomobilin qiymətində heç bir artım olmayıb:

"Bu gün eşitdim ki, banklar manatla olan avtomobil kreditlərini dayandırıblar. Düşünürəm ki, avtosalonlar istəmir ki, qiyməti qaldırıb onsuzda az olan alıcılarını itirməsinlər. Həm də niyə artırmalıdırlar ki? Axı onlar avtomobilləri dollar bahalaşmamışdan əvvəl gətiriblər".


Azər Allahverənov- Nəqliyyat üzrə ekspert

Ekspertlər isə, bankların avtomobil kreditlərini dayandırmasının alıcılıq qabiliyyətinin daha da aşağı düşməsinə səbəb olacağını bildirirlər. Nəqliyyat üzrə ekspert Azər Allahverənov deyir ki, Milli Bank bir ildən artıq müddətdir ki, banklara avtokreditlərin dayandırılması ilə bağlı öz tapşırıqlarını verib:

"Bəzi banklar onsuzda kredit verməkdən imtina etmişdi. Bəziləri isə kredit şərtlərini bir az daha ağırlaşdırmışdı. Buna görə də onsuzda maşın bazarında çətin vəziyyət yaranmışdı. Bunu ölkəmizə gətirilən avtomobillərin sayında da görmək mümkündür. Belə ki, ötən illərdə Azərbaycana 110 min nəqliyyat vasitəsi gətirilmişdisə, hazırda bu rəqəm 40-50 mindir. Kreditin dayandırılması isə bu rəqəmin daha da aşağı düşməsinə səbəb olacaq".



Ancaq ekspert bunun müsbət tərəflərinin də olduğunu bildirdi:

"Hazırda Azərbaycanda 1.1 milyon avtomobil var ki, bunun da 900 mini Bakıdadır. Şübhəsiz ki, paytaxtda hər gün avtomobillərin sayının artması ekoloji vəziyyətin daha da pisləşməsinə səbəb olur. Bütün son proseslər isə avtomobil sayının artmamasına və ekoloji vəziyyətin düzəlməsinə səbəb olacaq".

Digər tərəfdən bu vətəndaşların riskdən azad ediləcəyinə şərait yaradacaq.

"Fevral devalvasiyasından sonra onsuz da dollarla kredit verən vətəndaşların ödənişləri daha da çoxaldı. Ancaq belə bir addım kredit götürüb maşın alacaq vətəndaşları bir növ sığortaladı. Vətəndaş kredit götürə bilməyəcək və bununla da riskdən sığortalanmış olacaq", -deyə A. Allahverənov bildirdi.

Xatırladaq ki, dekabr ayının 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun nəticəsində manat 47% devalvasiya edib.


Dolların qalxması və pulunu dollara çevirən vətəndaşlar

Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə - 1,55 manatla başlayıb. Bu gün isə 1 dollar 1.5540 manatdır. Hazırda rus rublunun məzənnəsi 1 manat 0.0221-AZN-dir.

Ümumiyyətlə, manat bütün valyutalar qarşısında dəyər itirib.

Ümumiyyətlə , bütün bu baş verənlər fonunda avtomobil kreditlərinin dayandırılması bir növ müsbət addımdır. Çünki neftin hər gün bahalaşdığını, dolların isə əksinə hər gün biraz daha dəyər itirdiyini nəzərə alsaq, bu addım vətəndaşları əlavə problemlərdən xilas edəcək. Ancaq mənfi cəhəti odur ki, avtomobil arzusunda olanlar bu istəklərini reallaşdıra bilməyəcəklər. Ona görə avtomobil almaq istəyənlər ya bu istəklərindən əl çəkməli , ya da borc hesabına nağd yolla avtomobil sahibi olmalıdırlar.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

BANM-in tələbələri ATA yardda - FOTO

29 Aprel 2017 11:42

Milli Qəhrəman Naiq Yusifovun büstünün açılışı olub

29 Aprel 2017 11:39

ABŞ və Şimali Koreyanın hərbi gücləri - ŞOK RƏQƏMLƏR - FOTOLAR

29 Aprel 2017 11:33

Avtobus dərəyə aşdı

29 Aprel 2017 11:33

Bakıda polis gəncləri intim münasibətdə olarkən yaxaladı - FOTO

29 Aprel 2017 11:32

Tünzalə Ağayeva: "40 yaşında qadının gözəlliyi..."

29 Aprel 2017 11:32

İslamiadaya hazırlaşan voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması növbəti qələbəsini qazanıb

29 Aprel 2017 11:32

FED-in hədəfi uçot dərəcəsini 3%-ə çatdırmaqdır

29 Aprel 2017 11:27

İstanbul boğazı bağlandı

29 Aprel 2017 11:25

Maltanın baş naziri: "Tərəfdaşımız SOCAR-a təşəkkür edirəm"

29 Aprel 2017 11:22

"Kara Sevda"nın bitmə tarixi və səbəbi bəlli oldu - FOTO

29 Aprel 2017 11:17

Ali İhsan Genç: "Azərbaycanda "Eximbank"ın qurulmasına ehtiyac var"

29 Aprel 2017 11:17

Bu qadın itlə ailə qurur

29 Aprel 2017 11:17

Millimiz qələbə ilə başladı - FOTOLAR

29 Aprel 2017 11:14

Qoşulub qaçan sevgili qızların görüntüləri yayıldı - FOTOLAR

29 Aprel 2017 11:13

“WhatsApp”dan gözlənilməz YENİLİK

29 Aprel 2017 11:13

Sərnişin avtobusu "Mersedes"lə toqquşdu - VİDEO - FOTO

29 Aprel 2017 11:12

BANM-in tələbələri BP şirkətinin “ATA yard” sahəsində olublar

29 Aprel 2017 11:12

Türkiyəli zəvvarlar Məkkədə bir-birinə girdi: Yaralılar var - FOTO

29 Aprel 2017 11:09

Bu əşyanı mobil telefonun üzərinə qoyun

29 Aprel 2017 11:08

Bakıda Türkiyə-Azərbaycan iş adamları birliyinin toplantısı keçirilir

29 Aprel 2017 11:07

Ali məktəblərdə maliyyələşmənin YENİ QAYDALARI

29 Aprel 2017 11:05

Türkiyədə Vikipediyaya giriş bağlandı

29 Aprel 2017 11:05

Futbolçu hakimi bir yumruqla yerə sərdi - VİDEO - FOTO

29 Aprel 2017 11:05

Bacısının adından istifadə edərək görüşə çağırdığı tələbə qızı zorladı

29 Aprel 2017 11:05

UNEC xarici ticarətə kadr dəstəyi verəcək- FOTOLAR

29 Aprel 2017 11:04

Bu il 1000-dən çox miqrant Aralıq dənizində boğulub - HESABAT

29 Aprel 2017 11:03

İraq və Suriyada xeyli terrorçu məhv edildi

29 Aprel 2017 11:01

Bakıda dilənçiliklə məşğul olan şəxslər tutuldu

29 Aprel 2017 10:59

İlham Əliyev baş nazir və xarici işlər nazirini qəbul etdi

29 Aprel 2017 10:57

Şamaxıda ağır qəza - Ölən var

29 Aprel 2017 10:54

Dihajın Kiyev çəkilişləri də bitdi - FOTO

29 Aprel 2017 10:52

Bakıda "Oxu Günü" keçiriləcək - FOTO

29 Aprel 2017 10:47

Prezident İlham Əliyev Qətərin sabiq Baş naziri və xarici işlər nazirini qəbul edib

29 Aprel 2017 10:47

DİQQƏT: Xoruldayırsınızsa, şəkər xəstəsi ola bilərsiniz

29 Aprel 2017 10:44

Bakı Beynəlxalq Dəniz Limanı İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi

29 Aprel 2017 10:43

Azərbaycanda ali təhsil müəssisəsinin elmi tədqiqat fəaliyyəti təsisçinin vəsaitləri və qrantlar hesabına həyata keçiriləcək

29 Aprel 2017 10:42

Neft bahalaşdı

29 Aprel 2017 10:42

Maliyyə bazarlarında neftin qiymətinin artması ilə bağlı ehtimallar azalır

29 Aprel 2017 10:42

Kim Çen In ABŞ-ın xəbərdarlıqlarına rəğmən etdi və...

29 Aprel 2017 10:39

Şəhidlər xiyabanında 13 yaşlı qıza təcavüz etdi - Türkiyədə - FOTO

29 Aprel 2017 10:37

“Telegram” messencerində məhsul sifariş etmək mümkün olacaq

29 Aprel 2017 10:35

Qırğızıstanda torpaq sürüşməsi

29 Aprel 2017 10:35

Məmur qızının yeni fotoları yayıldı - BAHALI HƏYAT TƏRZİ

29 Aprel 2017 10:33

Məşhurların fırıldağı: lüks bayram vəd edib aldatdılar - FOTO

29 Aprel 2017 10:32

Dövlət Departamentinin 2300 əməkdaşı işdən çıxarıla bilər

29 Aprel 2017 10:32

Torpaq sürüşməsində 7 ev dağıldı: xeyli sayda ölən var - Qırğızıstanda

29 Aprel 2017 10:27

Qızıl bahalaşdı

29 Aprel 2017 10:27

ABŞ-da aktiv neft-qaz quyularının sayı daha 13 ədəd artıb

29 Aprel 2017 10:27

Qoşulub qaçan sevgili qızların görüntüləri yayıldı

29 Aprel 2017 10:27