“Dejavü” tamaşası nümayiş olunacaq

“Dejavü” tamaşası nümayiş olunacaq
11:48 26 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Dövlət Pantomima Teatrı Yeni il qabağı teatrsevərlərə maraqlı tamaşa təqdim edəcək. Belə ki, dekabrın 27-də nümayiş olunacaq “Dejavü” adlı tamaşanın müəllifləri teatrın gənc aktyorları Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər.
İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar Artist Elman Rəfiyevdir.
Qeyd edək ki, səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dejavu_tamasasi_numayis_olunacaq-914588

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR