Azərbaycan Dövlət Pedaqoji Universitetində Xalq Şairi ilə görüş

Azərbaycan Dövlət Pedaqoji Universitetində Xalq Şairi ilə görüş
12:03 26 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xalq Şairi Nəriman Həsənzadə ilə görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetin kollektivinin, tanınmış ziyalıların, yazıçı və şairlərin, elm və təhsil xadimlərinin iştirak etdikləri görüşdə universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yusif Məmmədov şairin həyat və yaradıcılığından danışıb. Bildirib ki, Xalq Şairi, sözün həqiqi mənasında, böyük zəhmət və çətinliklərlə dolu, lakin mənalı və şərəfli bir ömür yolu keçib. Buna o, öz dərin biliyi, yüksək istedadı, çalışqanlığı, əməksevərliyi, fədakarlığı və möhkəm iradəsi hesabına nail olub.
Rektor qeyd edib ki, N.Həsənzadə ilə bu ali məktəbdə ikinci görüşdür. Belə görüşlərin keçirilməsi tələbə-gənclərimizin intellekt səviyyəsinin yüksəlməsində, dünyagörüşünün genişlənməsində, bədii ədəbiyyata marağının artmasında, daxili mənəvi dünyalarının zənginləşməsində mühüm rol oynayır.
Tədbirin təşkilatçılarına təşəkkürünü bildirən Xalq Şairi tələbə-gənclərə keçdiyi həyat yolundan, bədii yaradıcılığından danışıb, müəllifi olduğu şeirləri söyləyib.
ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov çıxış edərək, N.Həsənzadəni görkəmli şair, əsl ziyalı, təcrübəli pedaqoq-alim kimi səciyyələndirib, onun kəşməkəşli və mənalı həyat yolunun gənclik üçün layiqli örnək olduğunu vurğulayıb.
Sonda N.Həsənzadə iştirakçıların suallarını cavablandırıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Dovlet_Pedaqoji_Universitetinde_Xalq_Sairi_ile_gorus-914590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR