Azərbaycanda toya hazırlaşan 53 nəfərdə QİÇS tapıldı

Azərbaycanda toya hazırlaşan 53 nəfərdə QİÇS tapıldı
12:06 26 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Bu il iyun ayından sonra nikaha daxil olmaq istəyən 5500 nəfərin talassemiya daşıyıcısı olduğu bəlli olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə nazirlikdə keçirilən kollegiya iclasında məlumat verilib.

Bundan başqa son 7 ayda 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Nazirliyin açıqlamasında qeyd edilib ki, iyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Bunlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib.

Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində, hamilə qadından Azərbaycanda ilk dəfə bətn daxili diaqnostika məqsədilə punktat götürülüb müayinəyə göndərilib.

2015-ci il iyunun 1-dən Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbarı tibbi müayinədən keçirilməsi bağlı qaydalar qüvvəyə minib.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Qaydalara əsasən, nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yalnız yazılı razılıqlarına əsasən cütlüyə birlikdə həkim məsləhəti verilə bilər. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir. Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarət tibb müəssisəsinin bilavasitə rəhbəri tərəfindən həyata keçirilirilməlidir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır. Nikaha daxil olmaq istəyən şəxslərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR