Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda universitetlərdən birində əmək haqqı artırılıb

Azərbaycanda universitetlərdən birində əmək haqqı artırılıb

Date: 26 December 2015 12:12

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elmi Şuranın iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib. Bu barədə "Report"a UNEC-dən məlumat verilib. 
Yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil olunur.

Tags:  Azərbaycanda universitetlərdən birində əmək haqqı artırılıb

RƏYLƏR


Top news