AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda mühüm elmi- tədqiqat işləri aparılıb

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda mühüm elmi- tədqiqat işləri aparılıb
12:13 26 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun illik fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisədə 2015-ci ildə əldə olunmuş elmi nailiyyətləri diqqətə çatdırıb. Direktor informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində aparılan araşdırmalardan söz açıb.
Direktor institutun Tədris-İnnovasiya Mərkəzində AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirildiyini, fəlsəfə fənni üzrə qəbul və doktorluq minimum imtahanlarının, AMEA-nın magistratura pilləsində təhsil alan magistrlərə ümumi fənlərin tədrisinin, respublika üzrə doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və test imtahanlarının təşkil edildiyini diqqətə çatdırıb.
Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülən işlərdən söz açan R.Əliquliyev 50-dən çox ölkə və 100-dən çox təşkilatla əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Qeyd edib ki, Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT təşkilatı ilə əməkdaşlıq əlaqələri genişləndirilir. Hazırda institut assosiasiyaya daxil olan 45-dən çox təşkilatla elektron elm sahəsində intensiv əməkdaşlıq edir, Avropa Komissiyasının EaPConnect layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən regional elm və təhsil şəbəkəsinin yaradılmasında fəal iştirak edir. Hesabat ili ərzində institut əməkdaşları beynəlxalq və respublika səviyyəli konfranslarda 89 məruzə ilə iştirak edib, müxtəlif elmi jurnallarda 108 məqalə çap etdiriblər. Bundan əlavə, institutda 7 kitab və 6 ekspress-informasiya nəşr olunubdur.
R.Əliquliyev, həmçinin 2015-ci ildə institutda həyata keçirilən elmi-təşkilati fəaliyyət, institutun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_nin_Informasiya_Texnologiyalari_Institutunda_muhum_elmi__tedqiqat_isleri_aparilib-914593

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR