Uorlik: "Berndə razılığa gələ bilməyiblər"

Uorlik: "Berndə razılığa gələ bilməyiblər"
12:16 26 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

“Çox təssüf ki, Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü ərəfəsində yaşanan gərginlik görüşdən sonra da davam edir. Hər iki prezident Berndə gərginliyin artmasından narahatlıq ifadə etmişdi”.

ANS RESS-in “armenianreport.com” saytına istinadla verdiyi məlumata görə, bu sözləri i ATƏT-in Minsk Qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlik deyib.

Uorlik bildirib ki, Berndə tərəflər razılığa gələ bilməyiblər: “Ermənistan və Azərbaycan prezidentləri sonuncu görüşdə dialoqun vacibliyi vurğulanıb. Ona görə də həmsədrlər ümid edir ki, münaqişə tərəfləri zorakılıqdan uzaq qalacaqlar və gələn il danışıqlar daha müsbət atmosferdə davam edəcək”.

Amerikalı həmsədr hazırda danışıqlar masasında bir sıra təkliflərin olduğunu deyib: “Prezidentlərin görüşü Ermənistan və Azərbaycan xalqlarına tərəflərin münaqişəni sülh yolu ilə həll etmək istəyində olduğunu göstərir. Prezidentlərin Bern görüşündə heç bir nailiyyət ələ olunmasa da, onlar son zamanlar baş verən zorakılıq halları, əsasən də mülki əhali arasında baş verən itkilərə görə narahatlıqlarını ifadə etdilər. Dövlət başçıları etiraf etdilər ki, dialoq vacibdir. Məhz buna görə həmsədrlər ümid edirlər ki, gələn il onlar arasında yeni görüş təşkil etmək mümkün olacaq. Biz eyni zamanda Dağlıq Qarabağın icmaları arasında dialoq qurulması üçün imkan yaratmaq istəyirik”.


Ermənistan və Azərbaycanın prezidentlərinin görüşü


Prezidentlərin son görüşü dekabrın 19 –da İsveçrənin Bern şəhərində baş tutub.

Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. Yekununa dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlaranının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.

Prezidentlər bu yaxınlardakı gərginliyin artmasını müzakirə ediblər və ağır texnikanın işlədilməsi ilə qurbanların, xüsusilə də mülki şəxslər arasında qurbanların olması barədə narahatlıq bildiriblər.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR