Sahibkarlar, diqqət: lisenziyaların dəyişdirilməsinə başlanıldı

Sahibkarlar, diqqət: lisenziyaların dəyişdirilməsinə başlanıldı
12:19 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması prosesi başladılıb.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Prezidentin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Fərmanı qüvvəyə mindiyi gündən qüvvədə olan lisenziyalar müddətsiz hesab olunur.

Fərmana uyğun olaraq, lisenziya verən dövlət orqanları tərəfindən lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması təmin edilir.

Nazirlik sahibkarların diqqətinə çatdırır ki, müddətli lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması üçün sahibkarlıq fəaliyyətini həyata keçirdikləri inzibati ərazi vahidinin əhatə olunduğu "ASAN xidmət" mərkəzlərinə, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar isə lisenziya verən mərkəzi icra hakimiyyəti orqanlarına müraciət (ərizəyə lisenziyanın əsli əlavə olunmaqla) etsinlər.

 

Qeyd edək ki, bununla əlaqədar dövlət rüsumu tələb olunmur.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR