Ramin Quluzadə: Azərbaycan ölkədə keyfiyyətli rabitənin inkişafında maraqlıdır

Ramin Quluzadə: Azərbaycan ölkədə keyfiyyətli rabitənin inkişafında maraqlıdır
12:23 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Çinin İKT sahəsində tanınmış “Huawei” şirkəti ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda genişzolaqlı şəbəkənin qurulması layihəsi və əməkdaşlığın perspektiv inkişafı müzakirə olunub.

“Huawei” şirkətinin baş direktoru Liu Jianvei layihə barədə ətraflı məlumat verərək bildirib ki, genişzolaqlı şəbəkənin qurulması kommunikasiya sahəsində dünyada mövcud olan ən son standartların tətbiqi üçün daha geniş imkanlar açır.

Nazir səlahiyyətlərini icra edən Ramin Quluzadə bildirib ki, kosmik sənayeyə malik Azərbaycan dövləti ölkədə keyfiyyətli rabitənin inkişafında maraqlıdır.

R.Quluzadə layihənin keyfiyyətli icrası ilə yanaşı, bu işləri aparan milli kadrların hazırlanmasının prioritet olduğunu vurğulayıb və qeyd edib ki, peşəkar mütəxəssislərin hazırlanması üçün nazirlik lazımi şəraiti yaradacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2474505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR