Şamaxı-İsmayıllı potensial seysmik risk zonası kimi proqnozlaşdırılır

12:29 26 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabr ayının sonunda Azərbaycan ərazisi və ona qonşu seysmoaktiv zonaların seysmogeodinamik şəraitində ciddi dəyişikliklər müşahidə olunmayıb. APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bülletenində qeyd olunub.

 

Bülletendə bildirilib ki, regional planda respublika ərazisi tamamilə sıxılma gərginlik-deformasiya proseslərinin təsiri altında olub: “Nisbətən intensiv geodinamik proseslər Şamaxı-İsmayıllı, Abşeron periklinalı, Gəncə və Mərkəzi Xəzər seysmoaktiv zonalarında müşahidə edilib. Bu regionda xəritələnmiş lokal sıxılma strukturlarında gərginliyin qiyməti Ksıx.=0,964-0,986 ş.v. intensivliklə xarakterizə olunub. Seysmohidrogeodeformasiya xəritə-sxemindən göründüyü kimi, gərginliyin maksimal qiyməti Abşeron-Balxanyanı qırışıqlıq sisteminə uyğun gəlir. Lokal strukturlar Mahaçqala-Türkmənbaşı, Goradil, Şərqi Qobustan və Arpaçay-Samur istiqamətli tektonik pozulmalar boyu formalaşıb ki, bu da geodinamik proseslərin tangensial yan basqı xüsusiyyətlərindən irəli gəlir. Hər 4 struktur üzrə gərginliyin qiyməti kritik səviyyədən kiçik olsa da, burada zəif intensivlikli klassik təkanların baş vermə ehtimalı qalır”.

 

Bülletendə o da qeyd olunub ki, ötən ayın sonunda yeni formalaşan geodinamik şəraitin inkişaf dinamikası Abşeron periklinalı, Şamaxı-İsmayıllı və Mərkəzi Xəzər seysmoaktiv zonalarında seysmik riskinin yüksək olmasını şərtləndirir: “Ümumən respublika ərazisində Şamaxı-İsmayıllı, Abşeron arxipelağı və Orta Xəzər seysmogen zonallıqları potensial seysmik risk zonası kimi proqnozlaşdırılır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR