Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İqtisad universitetində əmək haqqı artırılıb

İqtisad universitetində əmək haqqı artırılıb

Date: 26 December 2015 12:29

 

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) keçirilən Elmi Şuranın iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda inzibati işçilərin əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.

 

Belə ki, yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq, universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil olunur.

 


Tags:  İqtisad universitetində əmək haqqı artırılıb

RƏYLƏR


Top news