Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ADİU-da inzibati işçilərin əmək haqqı artırılıb

Date: 26 December 2015 12:33


Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) elmi şurasının iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq, universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil edilir.

Tags:  ADİU-da inzibati işçilərin əmək haqqı artırılıb


RƏYLƏR


Top news