Güləş üzrə Azərbaycan çempionatı davam edir

Güləş üzrə Azərbaycan çempionatı davam edir
12:33 26 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, Samirə Allahverdiyeva, AZƏRTAC
Bakı İdman Sarayında böyüklər arasında güləş üzrə Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə 86, 97, 125 kiloqram çəki dərəcələrində sərbəst, 59, 66 və 71 kiloqram çəki dərəcələrində yunan-Roma güləşi üzrə 142 güləşçi mübarizə aparır.
Çəki dərəcələri üzrə ilk üç yeri tutacaq idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gules_uzre_Azerbaycan_chempionati_davam_edir-914598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR