Səidə Sultan: "Ona damğa vuracağam"

Səidə Sultan: "Ona damğa vuracağam"
12:42 26 Dekabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni sənətində partlayış etməyə hazırlaşır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, açıqlama verən ifaçı super hit hazırladığını bildirib. O, yeni mahnısının gələn ilə damğasını vuracağına əmindir. 

""Gecələr" mahnım, sözün əsl mənasında, Azərbaycanda super hit oldu. Bir il əvvəl təqdim etmişəm. "YouTube"da bir milyondan çox baxış sayı toplamağı bacardı. Əlbəttə ki, bu sənətçi üçün uğurdur.  Mahnının klipi də yoxdur. İndi də həmin mahnını hazırlayan kollektiv ilə yeni mahnı üzərində çalışıram. Yeni mahnımın da aranjmanını Fərid Ağa, sözləri isə Kamalındır. Bu mahnım "Gecələr"dən də gözəl olacaq. Yeni ildən qədəmini qoyar-qoymaz "bombamı" təqdim edəcəyəm".
 
Səidə Sultan yeni mahnısına klip çəkdirəcəyini də əlavə edib:

"Səhv etdim ki, "Gecələr" mahnıma klip çəkdirmədim. Bu mahnıda həmin səhvi təkrarlamayacağam. Mütləq klip də çəkdirəcəyəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/393268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR