Bazar gününün havası - Yağmursuz, 15 dərəcə isti

Bazar gününün havası - Yağmursuz, 15 dərəcə isti
12:49 26 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə zəif duman və çiskin olacaq,  şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 1-4 dərəcə,  gündüz 9-14 dərəcə isti olacaq

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən  yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb  küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.              .

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,  gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda gecə  0-5 dərəcə şaxta,  gündüz 5-10 dərəcə isti olacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR