Banklar avtomobil kreditlərini dayandırıb

Banklar avtomobil kreditlərini dayandırıb
12:54 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İpoteka ilə ev almaq istəyənlərə - ŞAD XƏBƏR - VİDEO (09 May 2017 21:22)

Salonlar isə devalvasiyadan sonra qiymət artırmağı düşünmürlər

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərarın təsirləri ölkənin avtomobil bazarından da yan keçməyib.

 

ANS PRESS-in məlumatına görə, yeni avtomobillərin satıldığı əksər avtosalonlar qiymətləri hələlik çox qaldırmasalar da, avtomobil kreditləri dayandırılıb. Bunu satıcılar da təsdiqlədilər.

 

Paytaxtın məşhur avtosalonlarından birinin satıcısı Nübar Cabbarova deyir ki, 2015-ci il model avtomobillərinin qiymətini daha da artırmaq niyyətində deyillər.

 

"Onsuz da satışlarımızın sayı həddən artıq azalıb. İki gün ərzində bir avtomobili güclə satırıq. Qiymətləri qaldırıb olan alıcıları da itirməyin heç bir mənası yoxdur. Ancaq onu deyə bilərəm ki, bizim şirkət kreditləri manatla verirdi və son günlər manatın qiymətinin ucuzlaşması bankın avtomobil kreditlərini dayandırmasına səbəb olub", - deyə satıcı əlavə etdi.

 

 

Müşahidə aparılmış digər avtosalonlarda da oxşar vəziyyət hiss edilib. Avtosalonların əməkdaşları da qiymət artımının olmadığını bildiririblər. Səbəb olaraq isə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini və dolların qiyməti yüksələndən sonra avtomobil gətirmədiklərini göstərirlər.

 

Alıcılar da yeni maşınların satışı ilə məşğul olan avtosalonların əksəriyyətində qiymət artımının cüzi olduğunu deyirlər. Maşın almaq istəyən Aqil Abbasov bildirdi ki, onun 24 min 800 manata almaq istədiyi avtomobilin qiymətində heç bir artım olmayıb:

 

"Bu gün eşitdim ki, banklar manatla olan avtomobil kreditlərini dayandırıblar. Düşünürəm ki, avtosalonlar istəmir ki, qiyməti qaldırıb onsuz da az olan alıcılarını itirsinlər. Həm də niyə artırmalıdırlar ki? Axı onlar avtomobilləri dollar bahalaşmamışdan əvvəl gətiriblər".

 

 

Ekspertlər isə bankların avtomobil kreditlərini dayandırmasının alıcılıq qabiliyyətinin daha da aşağı düşməsinə səbəb olacağını bildirirlər. Nəqliyyat üzrə ekspert Azər Allahverənov deyir ki, Milli Bank bir ildən artıq müddətdir ki, banklara avtokreditlərin dayandırılması ilə bağlı öz tapşırıqlarını verib:

 

"Bəzi banklar onsuz da kredit verməkdən imtina etmişdi. Bəziləri isə kredit şərtlərini bir az daha ağırlaşdırmışdı. Buna görə də onsuz da maşın bazarında çətin vəziyyət yaranmışdı. Bunu ölkəmizə gətirilən avtomobillərin sayında da görmək mümkündür. Belə ki, ötən illərdə Azərbaycana 110 min nəqliyyat vasitəsi gətirilmişdisə, hazırda bu rəqəm 40-50 mindir. Kreditin dayandırılması isə bu rəqəmin daha da aşağı düşməsinə səbəb olacaq".

 

 

 

Ancaq ekspert bunun müsbət tərəflərinin də olduğunu bildirdi:

 

"Hazırda Azərbaycanda 1.1 milyon avtomobil var ki, bunun da 900 mini Bakıdadır. Şübhəsiz ki, paytaxtda hər gün avtomobillərin sayının artması ekoloji vəziyyətin daha da pisləşməsinə səbəb olur. Bütün son proseslər isə avtomobil sayının artmamasına və ekoloji vəziyyətin düzəlməsinə səbəb olacaq".

 

Digər tərəfdən, bu, vətəndaşların riskdən azad edilməsinə şərait yaradacaq.

 

"Fevral devalvasiyasından sonra onsuz da dollarla kredit verən vətəndaşların ödənişləri daha da çoxaldı. Ancaq belə bir addım kredit götürüb maşın alacaq vətəndaşları bir növ sığortaladı. Vətəndaş kredit götürə bilməyəcək və bununla da riskdən sığortalanmış olacaq", - deyə A. Allahverənov bildirdi.

 

Xatırladaq ki, dekabr ayının 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun nəticəsində manat 47% devalvasiya edib.

 

Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə - 1,55 manatla başlayıb. Bu gün isə 1 dollar 1.5540 manatdır. Hazırda rus rublunun məzənnəsi 1 manat 0.0221-AZN-dir.

 

Ümumiyyətlə, manat bütün valyutalar qarşısında dəyər itirib.

 

Bütün bu baş verənlər fonunda avtomobil kreditlərinin dayandırılması bir növ müsbət addımdır. Çünki neftin hər gün bahalaşdığını, manatın isə əksinə hər gün bir az daha dəyər itirdiyini nəzərə alsaq, bu addım vətəndaşları əlavə problemlərdən xilas edəcək. Ancaq mənfi cəhəti odur ki, avtomobil arzusunda olanlar bu istəklərini reallaşdıra bilməyəcəklər. Ona görə avtomobil almaq istəyənlər ya bu istəklərindən əl çəkməli, ya da borc hesabına nağd yolla avtomobil sahibi olmalıdırlar.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Prezident İlham Əliyev "FADA"-nın rəhbərini -

24 İyun 2017 18:14

Natavanla Dadonun nişanından FOTOlar

24 İyun 2017 18:12

Namaz qıldı, sonra məsciddən oğurluq etdi - VİDEO

24 İyun 2017 18:08

Prezident İlham Əliyev Xorvatiya və Sloveniya dövlət başçılarını təbrik edib

24 İyun 2017 18:08

İlham Əliyev xorvatiyalı həmkarını təbrik etdi

24 İyun 2017 18:05

Formula 1 fanatları Bakının gəzməli yerlərini öyrənirlər (FOTO)

24 İyun 2017 17:55

Evinizdəki zibilləri atmasanız nə baş verər? - FOTO

24 İyun 2017 17:53

Aparıcının qızının bu fotoları atasını əsəbiləşdirəcək

24 İyun 2017 17:52

Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib

24 İyun 2017 17:52

Azərbaycanda daha bir həkim QALMAQALI: yeni doğmuş anaya səhv qan köçürdülər - ŞOK OLAY

24 İyun 2017 17:49

Azərbaycanda ayaqqabı istehsalı azalıb

24 İyun 2017 17:47

Qumbara satdığı üçün tutuldu -

24 İyun 2017 17:46

Xalq artisti Azərbaycanda heç kimin etmədiyini reallaşdıracaq

24 İyun 2017 17:43

Formula 1 yarışlarında sıralama turunda 4 pilot yarışı dayandırıb

24 İyun 2017 17:43

Dünya bu cütlüklərdən danışır - İlanla, ölü ilə evlənən... - VİDEO - FOTO

24 İyun 2017 17:37

Colyon Palmer Formula 1 yarışlarının sıralama turuna çıxa bilməyib

24 İyun 2017 17:36

Bakıda Formula 1 zamanı problem yaşanıb? - AÇIQLAMA

24 İyun 2017 17:32

Günün matçlarını yayımlayacaq kanallar

24 İyun 2017 17:27

NATO-nun sirr kimi saxlanan Rusiya PLANI ÜZƏ ÇIXDI

24 İyun 2017 17:23

Məşhur rusiyalı aktrisa Anastasiya Zadorojnaya Bakıda Formula 1 yarışlarını izləyir (VİDEO)

24 İyun 2017 17:22

Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu sərbəst yürüşünə yekun vurulub

24 İyun 2017 17:22

Formula 1 pilotunun bolidi yanıb -

24 İyun 2017 17:21

Bakıda keçmiş sevgilisini amansızca öldürən şəxslər bağlı RƏSMİ MƏLUMAT

24 İyun 2017 17:19

Yasamalda evə basqın edərək qətl törədən şəxs tutulub

24 İyun 2017 17:17

Hindistanda qəzəblənmiş fil avtomobili aşırdı (VİDEO)

24 İyun 2017 17:15

Xanım sürücü evakuator maşınını aparmasın deyə soyundu - VİDEO

24 İyun 2017 17:12

Palata Formula 1-lə əlaqədar xüsusi monitorinq qrupu yaradıb

24 İyun 2017 17:12

Flavio Briatore: “Bakının uzun müddət Formula 1-də qalacağına ümid edirəm”

24 İyun 2017 17:12

Aslı və Muraddan gözlənilməz qərar

24 İyun 2017 17:12

Bütün içkiləri su ilə əvəz etsəniz, orqanizmdə nə baş verəcək?

24 İyun 2017 17:08

Formula 1-lə əlaqədar banklar gücləndirilmiş rejimdə çalışır

24 İyun 2017 17:08

Bakıda Formula 1 pilotlarının sıralama turu başladı (CANLI)

24 İyun 2017 17:08

Conni Depp Trampdan üzr istədi

24 İyun 2017 17:05

İspan futbolçu karyerasını bitirdi

24 İyun 2017 17:05

Hindistan bütün ölkələri geridə qoyacaq - PROQNOZ

24 İyun 2017 16:58

Berni Ekklstoun: “Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm”

24 İyun 2017 16:57

Ağır döyüşlər: 10 ölü, 20 yaralı

24 İyun 2017 16:53

Azyaşlıların sırğalarını soydu

24 İyun 2017 16:52

Azərbaycanda elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb

24 İyun 2017 16:52

"Qarabağ" ilk əcnəbini transfer etdi -

24 İyun 2017 16:49

Fil fevtivalı döyüş meydanına çevirdi – VİDEO

24 İyun 2017 16:48

Acunun toyu 3 gün, 3 gecə olacaq

24 İyun 2017 16:42

Xırdalanda borc pula görə tanışını bıçaqlayan şəxsin cəzası endirilib

24 İyun 2017 16:42

ABŞ və Çin arasında bu ölkəyə qarşı TARİXİ RAZILAŞMA

24 İyun 2017 16:38

Elçin Sanqu yeni serialla qayıdır

24 İyun 2017 16:32

Aktauda islam həmrəyliyi ilə bağlı tədbir keçirilib

24 İyun 2017 16:29

İranlı azarkeş: Azərbaycan Formula 1 yarışını yüksək səviyyədə təşkil edib

24 İyun 2017 16:29

Estetik cərrahiyyədə birinci ledi dəbi

24 İyun 2017 16:28

Avropa Liqasına erkən vida

24 İyun 2017 16:27

Dibalanı yoldan çıxarırlar - SON DURUM

24 İyun 2017 16:27